Şəkidə birmərtəbəli ev külə döndü

505 27-10-2020, 02:30 cemiyyet / hadise

Şəkidə birmərtəbəli ev külə döndü
Şəki rayonunda yanğın hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə axşam saatlarında rayonun Giləhli məhəlləsində qeydə alınıb.

43 yaşlı rayon sakini Elşən Babayevə məxsus 80 kv/m ev anidən alovlanıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin Şəki Rayonu üzrə texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və həmin evə bitişik birmərtəbəli, 40 kv/m evin dam örtüyü yanıb.

Alov çətinliklə də olsa, söndürülüb, yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ