Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb:"Bu addımlar qəbuledilməzdir"

427 27-10-2020, 15:34 dunya

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb:"Bu addımlar qəbuledilməzdir"Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məlumata görə, müvəqqəti işlər vəkili Fransa rəhbərliyinin Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə etiraz olaraq İran XİN-ə dəvət olunub.

İran XİN Fransa rəhbərliyinin dünya və Avropada milyonlarla müsəlmanın narahatlığına səbəb olan bu addımlarını qəbuledilməz adlandırıb. Bildirilib ki, islam Peyğəmbərinə və islam dəyərlərinə qarşı hər bir şəxs və ya rəsminin istənilən hörmətsizliyi qəbuledilməzdir və İran bunu pisləyir.

İran XİN Fransa rəhbərliyinin söz azadlığı adı altında islamofobiya və nifrət yaradacaq hərəkətləri ilə insanların dinc və sülh şəraitində birgə yaşayış prinsiplərinə ziddi addımlar atmasından təəssüfləndiyini də bəyan edib/APA.

XƏBƏR LENTİ