XİN:“Ermənistan jurnalistlərə hücum edir!”

428 27-10-2020, 16:21 cemiyyet

XİN:“Ermənistan jurnalistlərə hücum edir!”Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələrin tərəfindən atəşə tutulmasına münasibət bildirib.

XİN-in “Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Bildirilib ki, “Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”/APA.

XƏBƏR LENTİ