Separatçı-terrorçu başıboş “komandan” “hərbi müşavirə”sini uşaq bağçasında keçirdi...-FOTO

554 29-10-2020, 09:27 cemiyyet

Separatçı-terrorçu başıboş “komandan”  “hərbi müşavirə”sini uşaq bağçasında keçirdi...-FOTO"Azərbaycan bağçanı vurmayacaq -vursa da, dərhal Bakını “uşaqları öldürməkdə günahlandırarıq...”
Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı başıboş “komandan” Araik Arutyunyan Xankəndində öz terrorçu əlaltılarıyla növbəti “hərbi müşavirə” keçirib.

Moderator.az xəbər verir ki, Rusiya mediasında yayılan məlumata görə, “müşavirə” şəhərdəki uşaq bağçalarından birində keçirilib.

Məlumatda deyilir:

“Sol tərəfdəki şkaflara və Arutyunyanın mühafizəçisinin arxasındakı divara çəkilmiş çiçəyə diqqət edin... Xankəndi şəhərindəki bir uşaq bağçasında hərbi qərargah qurublar. Məqsəd aydındır: Azərbaycan artilleriyası bağçanı vurmayacaq və vursa da, dərhal Azərbaycanı “uşaqları öldürməkdə günahlandırmaq” mümkün olacaq...”

Sultan Laçın

XƏBƏR LENTİ