Ali Baş Komandan: "Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir."

556 29-10-2020, 19:25 siyaset

Ali Baş Komandan: "Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir."
Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib. Ona görə qərar qəbul etdik ki, onlar birtərəfli qaydada Ermənistana verilsin.
Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Bu regionun perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.
Əgər neft-qaz kəmərləri ilə bağlı hər hansı bir hadisə baş verərsə, Ermənistan ciddi beynəlxalq təzyiqlərlə üzləşəcək.
Vasitəçilər beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət etmək baxımından bitərəf və qərəzsiz olmalıdır. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər.

Bu barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz tvitter hesabında yazıb.
Ali Baş Komandan: "Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir."

XƏBƏR LENTİ