Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO

Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO

Mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirir.

Oxu.Az-ın məlumatına əsasən, şirkət rəsmi “Twitter” hesabından Qarabağ münaqişədən əziyyət çəkən, qarşıdurmadan təsirlənən tərəflərin dəstəklənməsi məqsədilə toplanan ianələrin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediləcəyini bildirib.

Amma şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. Şirkət beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasına aid olan Dağlıq Qarabağ və ətraf əraziləri, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan Ermənistan Respublikası və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş qondarma separatçı rejimi təbliğ edib.

Şirkət bu paylaşımı ilə beynəlxalq hüququn hüdud və çərçivələrindən kənara çıxaraq, beynəlxalq hüquq normalarını və qaydalarını safçürüq edib. Həmçinin, dolayısıyla Ermənistanın hərbi və siyasi təxribatlarının, ölkə ərazidə həyata keçirdiyi terrorizm aktlarının dəstəklənməsi üçün zəmin yaradıb.

Eyni zamanda geniş izləyici kütləsini də manipulyasiya edərək separatçı rejimin yalanlarının geniş yayılmasına şərait yaradıb.

Bundan əvvəl də şirkət Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimin maliyyələşdirilməsi ilə bağlı paylaşım etmişdi.

Şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Johnson & Johnson” tərəfindən 50 faiz əlavə ediləcəyini bildirmişdi.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Johnson & Johnson” şirkətinə məktublar ünvanlayıb.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilirdi.

Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO

  • 1-11-2020, 12:18
  • 88


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI