Rusiyada bazara qumbara atdılar: yaralılar var

542 1-11-2020, 16:20 hadise / dunya

Rusiyada bazara qumbara atdılar: yaralılar var

Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində bir şəxs bazarda qumbara partladıb.

TASS hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, nəticədə üç nəfər yaralanıb. Partlayışı törədən şəxsin özünün də yaralandığı qeyd olunur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ