Fransada məscidə iki donuz başı atılıb –FOTO

467 3-11-2020, 13:02 dunya

Fransada məscidə iki donuz başı atılıb –FOTOFransanın Kompene şəhərində Dəyanət İşləri Türk İslam Birliyinə bağlı Ulu Məscidə iki donuz başı atılıb.

Məlumatı Türkiyənin “Hurriyet” qəzeti yayıb.

Ulu Məscidin (Ulu Came) sosial şəbəkədəki səhifəsində bildirilib ki, təmir-bərpa işləri aparılan məsciddə noyabrın 2-də səhər saatlarında donuz başı aşkar edilib. Məscidin xidmətçiləri hadisəni qınadıqlarını və hadisədən məyus olduqlarını vurğulayaraq, polisə şikayət etdiklərini də bildiriblər.

Fransa İslam Şurası da bu çirkin hücumu pisləyərək, Ulu camenin xidmətçiləri ilə həmrəy olduqlarını qeyd ediblər.

Məlumata görə, bu, son günlər hücuma məruz qalan 3-cü məsciddir.

Qeyd edək ki, müsəlmanlara donuz ətini yemək məsləhət buyurulmayıb. Ancaq fransızlar qurbağa əti ilə yanaşı donuz ətini də yeyirlər. Bu baxımdan hadisəni törədənlər ətini sevdikləri heyvanın kəlləsini məscidə atmaqla kimi aşağılamağa çalışıblar? Bütün hallarda məscidə, kilsəyə, sinaqoqa istənilən şəkildə hücum insanların dini heysiyyatının aşağılanmasıdır. Bu, həmin ölkədə vicdan azadlığına hörmətsizliyin göstəricisidir/Report.

XƏBƏR LENTİ