Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB

516 14-11-2020, 14:30 cemiyyet

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

Daxili işlər nazirliyindən Oxu.az-a verilən məlumata görə, BŞBPİ-nin rəisi vəzifənin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

13.46

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Oxu.Az-ın Daxili işlər nazirliyindən əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bu idarənin rəisi, polis general-mayoru Emin Şəkinski 21 oktyabr 2020-ci il tarixində vəfat edib.

XƏBƏR LENTİ