Zaxarova:"Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək"

498 17-11-2020, 21:50 dunya

Zaxarova:"Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək"ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə məlumat verib.

O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək.

Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi/APA.

XƏBƏR LENTİ