RUSİYA PREZİDENTİ BORİS YELTSİNİN ƏBÜLFƏZ ELÇİBƏYƏ GÖNDƏRDİYİ MƏKTUB

564 23-11-2020, 15:43 siyaset

RUSİYA PREZİDENTİ BORİS YELTSİNİN ƏBÜLFƏZ ELÇİBƏYƏ GÖNDƏRDİYİ MƏKTUB

Rusiya Prezidenti Boris Yeltsinin Əbülfəz Elçibəyə göndərdiyi məktub
Xeberdar.net xəbər verir ki, 13 mart 1993-də Azərbaycanın müstəqilliyi tarixində unudulmaz bir hadisə baş verdi - ilk dəfə məhz prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə 604 kilometrlik cənub sərhədlərimizin Azərbaycan Sərhəd Qoşunlarının nəzarəti altına keçməsi prosesi sona yetdi.

Qoşunlarımız bütün sərhəd kommunikasiyalarını qəbul etdi [Göytəpədən (Prişibdən) başqa]. Ərazimizdən Rusiyanın sərhəd qoşunlarının tam çıxarılması martın sonunda başa çatdı ki, bu, Rusiya-Azərbaycan sazişində nəzərdə tutulduğundan 1.5 il tez baş tutdu. Proses heç bir qarşılıqlı narazılıq və ittiham olmadan gerçəkləşdi. Əksinə, Boris Yeltsinin Əbülfəz bəyə göndərdiyi aşağıdakı məktub ("Azərbaycan" qəzeti, 16 mart) iki ölkə arasında prezidentlər səviyyəsində normal münasibətlərdən soraq verir:

"Hörmətli cənab prezident!
Sizin xoş arzularınızı və Rusiyada həyata keçirilən demokratiya və islahatlar xəttini müdafiə etməyinizi dərin minnətdarlıq hissi ilə qarşıladım. Mən də öz tərəfimdən respublikanızın seçdiyi yolda çətinlikləri aradan qaldırmaqda Azərbaycan
xalqına və şəxsən Sizə uğurlar arzulayıram.

Hörmətlə. Boris Yeltsin".


Mirzə li
XƏBƏRDAR

XƏBƏR LENTİ