"Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub" - Erməni valideyn

465 26-11-2020, 17:22 dunya

"Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub" - Erməni valideyn“Döyüşlərdən sonra əsgərlərin vəziyyəti çox ağırdır”. “Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən əsgər valideynlərindən biri deyib.

“Müharibədən sonra onların psixologiyası pozulub, əsəbləri yerində deyil, yorğundurlar. Araik Arutunyan (separatçıların başçısını nəzərdə tutur - red.) bildirib ki, bütün hərbçilər koronavirus, dizenteriya və hemorroydan əziyyət çəkir. Bizim uşaqlar üçün niyə minimal şərait yaradılmayıb və onlar tibbi müayinədən keçirilməyiblər?”, - valideyn bildirib.

XƏBƏR LENTİ