Qaxda yanğın: Bir nəfər yaralandı

545 27-11-2020, 11:00 hadise / bolge

Qaxda yanğın: Bir nəfər yaralandı

Qax rayonunda mağazada yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qax rayonunda ümumi sahəsi 400 kvadrat metr olan mağazanın zirzəmisində karton taralar 5 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı müxtəlif xəsarətlər alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mağaza yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ