ABŞ-ın yeni prezidentinin ayaq sümükləri sındı

474 30-11-2020, 08:56 dunya

ABŞ-ın yeni prezidentinin ayaq sümükləri sındıABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Demokratlar Partiyasının namizədi Co Baydenə tomoqrafiyadan sonra ayaq sümüklərinin sınıqları diaqnozu qoyulub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.

"Kompüter tomoqrafiyası yan və orta sümüklərin sapaoxşar sınıqlarını təsdiq etdi", - müxbirlər həkimdən sitat gətirib.

Xəbərdə vurğulanır ki, Baydenin bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.

Qeyd edək ki, Co Bayden iti “Meyjer”lə oynayan zaman sürüşüb və topuğu burxulub. Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib.

XƏBƏR LENTİ