“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI

523 30-11-2020, 16:02 cemiyyet

“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI“Torpaqların işğaldan azad olunması sevinci ilə vətəndaşlarımızın öz dədə-baba torpaqlarına bir an öncə getmələri və öz yurdlarına baş çəkmək istəklərini anlayışla qarşılayırıq. Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur”.
[/b]
Bunu mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, polis postlarından yayınaraq, ara yollardan istifadə etməklə bu ərazilərə daxil olmaq və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir:

“Baş verə biləcək partlayış nəticəsində yaralı vətəndaşın həmin ərazidən çıxarılması üçün Agentliyin minaaxtaranlarının səfərbər olmaları, bir an öncə yardımın göstərilməsi üçün edilən emosional vərdişlər təhlükəli və riskli minaaxtarma və zərərsizləşdirmə fəaliyyətlərini daha da qəlizləşdirməkdədir”.

XƏBƏR LENTİ