Türkiyədən növbəti silah: Pilotsuz yerüstü döyüş vasitəsi

Türkiyədən növbəti silah: Pilotsuz yerüstü döyüş vasitəsi“Havelsan” şirkəti Türkiyə Silahlı Qüvvələri üçün yaratdığı pilotsuz yerüstü döyüş vasitəsini artıq təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, döyüş vasitələri ilin sonuna kimi tamamilə hazır olacaq. Döyüş vasitəsi yüksüz 450, tam təchiz olunmuş halda isə 650 kiloqram çəkidə olur. Avtonom sürmə qabiliyyətinə sahib olan vasitə 7.62 mm uzaqdan idarə olunan silah sisteminə də malikdir.

Bundan başqa, KBRN (kimyəvi, bioloji, radioloji, nüvə) silah sensoru ilə təhlükəni aşkar edə bilir. Vasitənin üzərində bir robot qol da var.

Döyüş vasitəsi hər cür hava şəraitində uğurla sınaqdan keçib. Bildirilir ki, döyüş vasitəsi terrorla mübarizə və digər əməliyyatlarda Türkiyə ordusuna böyük köməklik göstərəcək.

Türkiyədən növbəti silah: Pilotsuz yerüstü döyüş vasitəsi

  • 11-12-2020, 13:33
  • 3 498


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI