Paşinyan daha iki kəndin Azərbaycanın nəzarətinə keçdiyini etiraf etdi:"Türkiyə və Azərbaycanla əlaqələri düzəltməliyik"

511 13-12-2020, 21:48 dunya

Paşinyan daha iki kəndin Azərbaycanın nəzarətinə keçdiyini etiraf etdi:"Türkiyə və Azərbaycanla əlaqələri düzəltməliyik"Dekabrın 11-də Hadrut istiqamətində yaranan gərginlik zamanı iki kənd – Xtsaberd və Khin Taherin Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Strateq.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.

Paşinyan əlavə edib ki, Zəngilan və Qubadlı da bəzi ərazilərdə mübahisəli vəziyyət yaranıb: “Düzdür, həmin rayonların çox kiçik hissəsi bizim nəzarətimizdə qalıb. İndi orada yaşayanların təxliyyəsi, sərhədlərin müəyyən olunması kimi məsələlər açıq qalıb. Bunlar təcili həlli olunmalıdır”.

O, uzun-uzadı çıxışında ölkədəki etirazlara da münasibət bildirib. Deyib ki, Hadrutdakı dünənki gərginlikdən sonra müxalif liderlərinin bəziləri onunla əlaqə yaradıb: “Bu, yaxşıdır. Ki, gələcəkdə nə edəcəyimiz haqda ortaq qərarlar ala bilək”.

Paşinyan iclasda Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasının vacibliyinə də toxunub: “Hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq lazımdır”.

XƏBƏR LENTİ