Bakıda bəzi küçələrdə sürət həddi endirilib- BNA

496 17-12-2020, 10:39 cemiyyet

Bakıda bəzi küçələrdə sürət həddi endirilib- BNABakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Xeberdar.net məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Açıqlamada deyilir: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

XƏBƏR LENTİ