Rusiya Müdafiə Nazirliyi:"Qarabağda itkin düşən daha 2 erməni əsgər tapılıb"

711 22-12-2020, 21:13 cemiyyet

Rusiya Müdafiə Nazirliyi:"Qarabağda itkin düşən daha 2 erməni əsgər tapılıb"Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

Rusiya rəsmisi indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu da açıqlayıb/Report.

XƏBƏR LENTİ