Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var

695 12-01-2021, 07:50 hadise

Mingəçevirdə ağır yol qəzası olub, yaralılar varMingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb.

Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

XƏBƏR LENTİ