Koronavirusun qlobal yayılmasına Çinin onu gizlətməsi səbəb olub –ÜST

740 19-01-2021, 01:25 cemiyyet / dunya

Koronavirusun qlobal yayılmasına Çinin onu gizlətməsi səbəb olub –ÜSTÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

Bu barədə “Daily Mirror” yazıb.

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb olub.

ÜST-də bildiriblər ki, Çində “erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı”.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pandemiyanın əvvəlindən dünyada virusa 95 milyon yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 52 milyon insan sağalıb, 2 milyondan çox insan pandemiyanın qurbanı olub. (report)

XƏBƏR LENTİ