Xızı sakini narkotiklə tutuldu

714 4-02-2021, 11:37 cemiyyet

Xızı sakini narkotiklə tutulduXızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

XƏBƏR LENTİ