Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

885 27-02-2021, 12:33 dunya

Ukraynada azərbaycanlı iş adamı itkin düşübUkraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıylunç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

"Report"un Avropa bürosunun məlumatına görə, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

K.Kərimov Krasnıylunç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.

XƏBƏR LENTİ