Qəbələdə məmurlar belə at oynadır... - "Bizdən rüşvət tələb edirlər"

Qəbələdə məmurlar belə at oynadır... - "Bizdən rüşvət tələb edirlər" «Bizdən rüşvət tələb edirlər. Deyirlər, «ya gətirin pul verin, ya da evlərdən çıxın»».

Bunu Qəbələnin Zarağan kəndindəki hərbi şəhərcikdə yaşayanlar deyir. Şəhərcikdəki mənzillərdən birinin sakini Elşad Vəliyevin sözlərinə görə, 3 il əvvəl Qəbələ RLS-in fəaliyyəti dayandırılıb. Orada çalışan rus hərbçiləri Zarağan kəndindəki hərbi şəhərciyi tərk edərək vətənlərinə qayıdıblar. İndi şəhərcikdəki mənzillər zarağanlılarla yerli məmurlar arasında mübahisəyə çevrilib:

«HƏRƏSİNƏ 7-8 MƏNZİL ÇATIB»

«Orada 700-dən çox ev var. Bir hissəsi ehtiyacı olan adamlara paylanıb. Qalanını isə Qəbələnin məmurları, icra hakimiyyətinin işçiləri, polis, imkanlı adamlar öz aralarında bölüşdürüb. Bu bölgüdən hərəsinə 7-8 mənzil qalıb. İndi həmin mənzilləri kirayə verib pul qazanırlar. Biz də evsiz adamlarıq. O evlər əslində bizim haqqımızdır. Çünki məmurlar kimi, hər küçədə bir villamız yoxdur».

Şəhərcikdəki mənzillər 2 ildir ki, Qəbələ rayon İcra Hakimiyyətinin balansına keçib. Qurumdan deyilənə görə, sakinlərin mənzillərin məmurlar tərəfindən zəbt olunması ilə bağlı söylədikləri əsassızdır. «Əksinə, həmin sakinlər özləri mənzillər boşalan kimi qapıların qıfıllarını sındırıb evləri zəbt ediblər», - icra hakimiyyətindən bildirilib.

Ancaq 3 ildir ki, şəhərcikdə yaşayan Namiq Ağalarov qurumun dedikləri ilə razılaşmır. O, iddia edir ki, mənzillərdə yaşayanların bəziləri illərdir mənzil şəraitinin yaxşılaşdırılması üçün icra hakimiyyətinin qapısına gedib- gələnlərdir:

«MƏNZİLLƏRƏ HÜQUQUMUZ TANINSIN»

«3 ildir bizi evlərdən çölə atmaq istəyirlər. Deyirlər, «ya gətirin 5 min verin, evlərdə yaşayın, ya da əşyalarını da yığışdırıb şəhərciyin ərazisini tərk edin». Biz tələb edirik ki, bu mənzillərdə yaşamaq hüququmuz tanınsın. Bu mənzillər onsuz da hər kənddə bir imarəti olan məmurlara yox, elə bizim kimi evsiz-eşiksiz təbəqəyə verilsin».

Onun sözlərinə görə, sahə müvəkkili, Mənzil İstismar Sahəsinin işçiləri həmin evlərin bir qismini ev növbəsində olan dövlət qurumları işçilərinə verib:

«Prokurorluq və icra hakimiyyətinin işçiləri bizim kimi sadə vətəndaşları mənzillərdən çıxarırlar. Rüşvət istəyirlər… Polislər tökülüşür, hərbi şəhərcikdəki kasıb təbəqənin nümayəndələrini qışın ortasında evlərindən çıxarmağa çalışırlar. Bizi çölə atmaqdansa, məmurların kirayə verdikləri mənzilləri boşaltsınlar. Məmurlar hərbi şəhərciyi özləri üçün qazanc yerinə çeviriblər».

SİYAHI DA GÖNDƏRİBLƏR

Sakinlər bir siyahı da yollayıblar. Həmin siyahıda mənzilləri kirayə verən məmurların və bələdiyyə işçilərinin adları, kirayə verilən mənzillərin ünvanları göstərilib.

Yerli icra hakimiyyətindən mənzillərin kirayə verilməsi ilə bağlı deyilənləri də təkzib ediblər.

Qurumdan bildirilib ki, sakinlər zəbt etdikləri mənzillərdən çıxmasalar, məhkəmə yolu ilə çıxarılacaqlar./Xalq xeber.az/

Qəbələdə məmurlar belə at oynadır... - "Bizdən rüşvət tələb edirlər"

  • 15-02-2016, 21:55
  • 682


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI