YAP-da QURULTAY:Siyasi Şura ləğv olundu, yeni qurum yaradıldı, Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov İH-dən uzaqlaşdırıldı - Komitə sədrinə isə yeni vəzifə verildi

YAP-da QURULTAY:Siyasi Şura ləğv olundu, yeni qurum yaradıldı, Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov İH-dən uzaqlaşdırıldı - Komitə sədrinə isə yeni vəzifə verildiBu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

YAP-dan Xeberdar.net-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban Əliyeva Qurultayın işində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.

Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiqlənib.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

***

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib.

Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən iclasında partiyanın Siyasi Şurası ləğv edilib.

Bu barədə Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib/Report

***

Qurultayda 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına da müsbət qərar verilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

***

Məlumata görə, YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub. Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev, Prezidentin sabiq köməkçisi Əli Həsənov və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar. Əli Həsənovla Siyavuş Novruzovdan fərqli olaraq isə, Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Partiyanın İdarə Heyətindən uzaqlaşdırılan tanınmış şəxslər bunlardır:

1. Hacıbala Abutalıbov – təqaüdçü
2. Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə
5. Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
6. Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov – “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
9. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – akademik
11. Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri

***

Bundan başqa, Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. Müavini isə Sədaqət Qəhrəmanova olub.

***

Qurultayda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

Qeyd edək i, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

YAP-da QURULTAY:Siyasi Şura ləğv olundu, yeni qurum yaradıldı, Ramiz Mehdiyev, Əli Həsənov və Siyavuş Novruzov İH-dən uzaqlaşdırıldı - Komitə sədrinə isə yeni vəzifə verildi

  • 5-03-2021, 15:28
  • 856


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI