Bakıda evdən qadın meyitləri tapılıb

1 299 11-03-2021, 13:35 hadise

Bakıda evdən qadın meyitləri tapılıbFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

XƏBƏR LENTİ