Mərkəzi Ordu İdman Klubunun rəisi işdən çıxarıldı - Barəsində ittihamlar var idi...

817 11-03-2021, 14:23 cemiyyet

Mərkəzi Ordu İdman Klubunun rəisi işdən çıxarıldı - Barəsində ittihamlar var idi...Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib.

"Report"un əldə etdiyi məlumata görə, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.

Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.



XƏBƏR LENTİ