Ata Abdullayevi 5 il həbs gözləyir

813 15-03-2021, 13:52 cemiyyet

Ata Abdullayevi 5 il həbs gözləyir Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanan Ata Abdullayevə məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham edilir.
Bəs görəsən bu maddə ilə təqsirləndirilən Ata Abdullayevi nə qədər həbs gözləyir?

Tanınmış vəkil Adəm Məmmədov Azxeber.com-a açıqlamasında deyib ki, Ata Abdullayevi 5 ilədək həbs gözləyir: “Ata Abdulayevi hədə-qorxu tələb etmə maddəsi eyni zamanda hadisəni dəfələrlə təkrar törətdiyinə görə iki ildən beş ilədək həbs gözləyir. Bu Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə təsbit edilib”.

Qeyd edək ki, ilkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.
Xeberdar.net

XƏBƏR LENTİ