MİT Suriyada xüsusi əməliyyat keçirib - Terrorçu saxlanılaraq Türkiyəyə gətirilib

812 15-03-2021, 14:15 dunya

MİT Suriyada xüsusi əməliyyat keçirib - Terrorçu saxlanılaraq Türkiyəyə gətirilibTürkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK/KCK qruplaşmasının Suriyadakı qolu olan PYD-YPG-yə qarşı xüsusi əməliyyat keçirib.
Xeberdar.net-in Türkiyənin “Hurriyet”ə qəzetinə istinadən məlumatına görə,, nəticədə PYD-YPG-nin Suriyadakı törəməsinin rəhbərlərindən biri, qondarma briqada generalı, “Şeyx Guyi” kod adlı xüsusi təhlükəli terrorçu İbrahim Babat saxlanılaraq Türkiyəyə gətirilib.

O, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə yerləşən hərbi bazasına və polis məntəqələrinə hücum etməyi planlaşdırırmış. İ.Babat avtomobil ilə bölgəyə gələrək ərazini müşahidə edirmiş. Terrorçunu izləyən MİT əməkdaşları bu zaman xüsusi əməliyyat keçirərək onu saxlayıblar.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb. 2017-ci ildə Suriyaya keçərək orada qruplaşmanın “briqada komandanı” vəzifəsində fəaliyyət göstərməyə başlayıb.

XƏBƏR LENTİ