Cəlilabadda şok olay: “dayı”500-ə yaxın pul kartını nəcə mənimsədi?

845 15-03-2021, 18:02 gundem

Cəlilabadda şok olay: “dayı”500-ə yaxın pul kartını nəcə mənimsədi?Ötən yazılarımızda Cəlilabad Dövlət Aqrar Inkişaf Mərkəzi ilə bağlı bəzi məlumatlar vermişdik.

Onu da nəzərinizə çatdıraq ki, adı hallanan rayonda bəzi rəhbər şəxslər hələ də öz çirkin əməllərindən əl çəkmək fikrindən daşınırlar. Dosyr.org-a daxil olan ən maraqlı məlumatlar sırasında isə DAIM direktoru Rahib Kərimovla bağlıdır.

Bir daha xatırladaq ki, R. Kərimov Azərbaycan Respublikası Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun dayısıdır. Əlbətdə ki, belə bir amil R. Kərimovun rayonda söz sahibinin olduğuna bir işarədir.

Hələ bir neçə il bundan əvvəl rayonun Cəngan, Kövuzbulaq, Zopun, Muğan və Kürdlər kəndlərınə icra nümayindəsi məhz Rahib Kərimovun “həyindən” sonra reallaşıb. Təbii ki, bu cür “hələr” böyük rüşvət hesabına baş tutduğu məlumdur. Bir faktı da diqqətinizə çatdıraq ki, qarşı tərəf iradlarımı qəbul etməyəcək, əksinə, bizi şantajda, böhtanda suclayacaq.

Digər bir məlumatda isə vurğulanır ki, DAIM direktoru Rahib Kərimov gizli şəkildə 500-ə yaxın kart vasitəsi ilə bankomatlardan pul çıxardır. Daha dəqiq desək “dayı” pulları xüsusi adamların vasitəsi ilə gecə saatlarında Cəlilabad və Masallı rayonlarinda olan bankomatlardan çıxartdırır.

Ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin nəticəsi də hər birimizə məlumdur. Bir neçə rüşvətxor icra başçısı həbs edildi, onların failiyyəti ifşa edildi.
Bu istiqamətdə araşdırmalarımız davam edir.
DOSYE.ORG

XƏBƏR LENTİ