Qubanın icra başçısı tanınmış jurnalisti məhkəməyə verdi-VİDEO

1 589 15-03-2021, 18:38 siyaset / gundem

Qubanın icra başçısı tanınmış  jurnalisti məhkəməyə verdi-VİDEO Quba icra hakimiyyəti tanınmış araşdırmaçı jurnalist Cəmil Məmmədlini məhkəməyə verib. Xeberdar.net məlumat verir ki, bu barədə Cəmil Məmmədli özünün sosial hesabında yazıb. Həmin statusu oxuculara təqdim edirik:

"Bu gün Qubada icra hakimiyyətində icrabaşı Ziyəddin mənimlə bağlı iclas keçirib.
İşçiləri statuslarımda trolluq etmirlər deyə, birini işdən çıxarıb, birinə də töhmət verib.
Əziz adlı şəxsi (soyadı Məmmədquliyev olmalıdır, səhv etmirəmsə) işdən çıxarıb, Anar Məmmədov adlı şəxsə isə töhmət verib.
Anar Məmmədovun günahı Qarabağla bağlı hansısa statusuma rəy bildirməsi olub.
Bu tərəfdən də məni məhkəməyə verib.
Məhkəmə binası balacadı Ziyəddin, məni tutmağa...
Bütün şimalı qarışdıracaqsan.
Bilirsən ki, bütün şimal o məhkəmənin qabağına yığışacaq.
Və hər hansısa təxribat olarsa, indidən elan edirəm, günahkarı sənsən və sənin tamahındır..."

Qeyd edək ki, jurnalist Cəmil Məmmədli son vaxtlar Qubada baş verən neqativ hadisələrlə bağlı araşdırma aparırdı. Araşdırma zamanı icra başçısının çoxlu sayda qanunsuz əməlləri üzə çıxmışdı. Jurnalist apardığı araşdırmaları qısametrajlı filmlər şəkilində cəmiyyətə təqdim edirdi.


Jurnalist Xeberdar.net-ə bildirib ki, şikayətə səbəb onun icra başçısı barəsində hazırladığı qısametrajlı filmlər olub.

Ziyəddin Əliyevin Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.

İş hakim Anar Sadıqovun icraatına verilib.

Jurnalistin məhkəməyə verilməsinə səbəb olan videonu xeberdar.net oxucularına təqdim edir.



XƏBƏR LENTİ