“Rusiyanın sabitliyi pozan davranışı, terrorizm, kiber hücumlar problem olaraq qalır”

789 17-03-2021, 09:03 dunya

“Rusiyanın sabitliyi pozan davranışı, terrorizm, kiber hücumlar problem olaraq qalır”NATO Baş katibi Yens Stoltenberq 2020-ci il üçün yekun hesabatı ilə bağlı çıxış edib.

“Vestnik Kavkaza” xəbər verir ki, o ittifaq üçün əsas təhdidləri açıqlayıb:

“Rusiyanın sabitliyi pozan davranışı, terrorizm, kiber hücumlar, texnologiyalar, Çinin yüksəlişi və iqlim dəyişikliyi problem olaraq qalır”.
Hesabatda Rusiya ilə Çin arasındakı yaxınlaşma ayrıca problem kimi vurğulanır.

“Çin və Rusiyanın daha çox birlikdə çalışması və birlikdə hərbi təlimlər keçirməsi gələcəkdə NATO-nun qarşısında duran problemləri müəyyənləşdirir. Bu səbəbdən NATO-nun daha mürəkkəb təhlükəsizlik mühitinə uyğunlaşmağa və cavab verməyə davam etməsi vacibdir”, - Stoltenberq bildirib.

O qeyd edib ki, NATO avtoritar Çinin yüksəlməsi və Rusiyanın daha iddialı və aqressiv davranışından ehtiyat edir.

XƏBƏR LENTİ