Bakıda DƏHŞƏT - iki qadını möhkəm döyüb, yola atdılar

830 17-03-2021, 09:31 cemiyyet / kriminal

Bakıda DƏHŞƏT - iki qadını möhkəm döyüb, yola atdılarBakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.

Hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib./ APA

Fakt araşdırılır.

XƏBƏR LENTİ