Partiya sədrləri Ağdam şəhərindədir

824 17-03-2021, 13:37 cemiyyet

Partiya sədrləri Ağdam şəhərindədirAzərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un xəbərinə görə, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə baş tutub.

Partiya sədrlərini şöbənin müdiri Ədalət Vəliyev müşayiət edir.

Səfərdə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edir.

Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olurlar.

XƏBƏR LENTİ