İrəvanda Qarabağ ermənilərinə qarşı təqib başladı: sürücü qadınları ləhcələrinə görə taksidən düşürdü..

876 23-03-2021, 10:00 dunya

İrəvanda Qarabağ ermənilərinə qarşı təqib başladı: sürücü qadınları ləhcələrinə görə taksidən düşürdü..“İrəvan küçələrində bəzi şəxslər Qarabağ ermənilərinə qarşı klassik irqçiliyin təzahürü ilə qarşılaşırlar”.

Moderator.az xəbər verir ki, bunu özünün “Facebook”səhifəsindəki canlı yayımda separatçı-terrorçu rejimin keçmiş “insan haqları müdafiəçisi” Ruben Melikyan söyləyib.

O, buna misal olaraq iki qarabağlı erməni qadının Ermənistan paytaxtında taksidə gedərkən başlarına gələn hadisəni təqdim edib.

“Qadınlardan biri Artsax ləhcəsi ilə danışdıqdan sonra taksi sürücüsü avtomobili saxlayıb və sözün əsl mənasına onları maşından bayıra atıb”- deyə erməni hüquq müdafiəçisi həyəcanla bildirib.

Sultan Laçın

XƏBƏR LENTİ