“Yoluxma bu templə artsa” - Komitə sədrindən xəbərdarlıq

838 25-03-2021, 23:25 cemiyyet

“Yoluxma bu templə artsa” - Komitə sədrindən xəbərdarlıq"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq”.

Bu barədə Modern.az-a Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb:
"Novruz çərşənbələrində "Qara bayram”la əlaqədar qəbir üstünə gedənlər, ölənləri ziyarət edənlər çox oldu. Bu il Vətən Müharibəsində şəhid olan hərbçilərimizin məzarlarına kütləvi ziyarətlər də old. Ona görə, bu kimi kütləvi tədbirlər virusa yoluxmanın artmasına səbəb oldu. Bu bizi çox narahat edən məsələdir. Artıq gündəlik yoluxma 1500-ə çatır. Məsuliyyət hissimiz artmalıdır.

Rayonlara gediş-gəlişin saxlanması o demək deyil ki, maska taxmayaq, məsafəni gözləməyək, vaksinasiya olunmayaq. Arzulamarıq ki, sərt karantin geri qayıtsın. Lakin bu templə yoluxma artsa, hökumət ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. İndi yeni – "Britaniya ştammı” da aşkarlanıb. Qoruyucu tədbirləri gücləndirməli, məsuliyyətli olmalıyıq. Kütləvi toplaşmadan qaçmalı, vaksinasiyaya qoşulmalıyıq”.

XƏBƏR LENTİ