İGİD KƏŞFİYYATÇILARIMIZ ANILDI

1 506 10-04-2021, 19:58 cemiyyet

İGİD KƏŞFİYYATÇILARIMIZ ANILDIBu gün düz 24 il öncə səkkiz igid kəşfiyyatçılarımızın (onlardan biri çavuş Aqil Əhmədov ağır yaralanaraq meşədə qalır və 1 il 11 aylıq əsirlikdən sonra vətənə dönür) şəhidlik zirvəsinə ucaldığı gündür.
Hər il olduğu kimi şəhidlərimizin qohumları, komandirləri polkovnik Xətai Baxışov, ictimai fəallar, Qarabağ qazıləri toplaşmışdı. Tədbiri dövlət himnimizin oxunması ilə açan Milli Mədəniyyətin Təbliği İB-nin rəhbəri Jalə Cəfərova hər kəsi salamlayaraq səkkiz igidin adlarını sayğıyla çəkdi.
1Leytenant Elxan Ataxan oğlu Ağayev
2Leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov
3 Çavuş Anar Üzeyir oğlu Rzayev
4 Çavuş Dinar İbrahim oğlu Mustafayev
5 Çavuş Nizami Səfi oğlu Ələkbərov
6 Çavuş Aqşin Əli oğlu Həsənov
7 Çavuş Fariz Şəmil oğlu Cavadov
8 Çavuş Aqil Mürsəl oğlu Əhmədov

Söz Azərbaycan Bayrağı ordenli polkovnik Xətai Baxışova verildi. O, çıxış edərək dedi ki, “Mən bütün anaları salamlayıram. Hər birinizə sayğılarımın sonsuz olduğunu bilirsiniz. Bu il ilk dəfə ürəklə ziyarətə gəldim. İgid oğullarımızın şəhid olduğu məkana inşallah birgə gedəcəyik. Mən bu gün torpaqlarımızın işğaldan azad olunması münasibətilə hər birinizə bayraq hədiyyə etmək istəyirəm."
Xətai Baxışov XT qrupun sıralarında xidmət etmiş və bir neçə ay öncə vəfat etmiş ehtiyatda olan baş çavuş Süliddin İsayevi dualarla yad etməyi təklif etdi.
Daha sonra Qarabağ qazisi,” Vətən uğrunda” saytın rəhbəri Rövşən Əhmədli , Qarabağ qazisi , ehtiyatda olan mayor Allahyarov Qabil , Şəhid anaları Elza Yarəhmədova , Firəngiz Mustafayeva, Ziyafət Rzayeva, Xanım Həsənova, Qarabağ qazisi Aqil Əhmədov, 2-ci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhriyar Hacıyevin atası, 2 ci qrup Qarabağ əlili , gizir Şahlar Hacıyev öz duyğularını bölüşdülər.

”Mən Suqovuşanı qoruya bilmədim( kövrəlir). Torpağım 28 il işğalda qaldı. Ancaq oğlum Şəhriyar məhz həmən yerin azad olunmasında iştirak etdi və şəhid oldu. Mənim yeganə oğlum idi. Valideyn üçün çox ağırdır övlad itkisi, Mən yenə də fəxr edirəm ki mənim və mənim kimi valideynlərin başı ucadır, Onlar nə narkoman, nə də quldur kimi deyil, vətən yolunda canlarını qurban verdilər”-Şahlar Hacıyev dedi.

Sonra Jalə Cəfərova bildirdi ki, Kəşfiyyatçılarımıza həsr etdiyi mahnı və klp hazırdır. Xalq artisti Gülyanaq Məmmədovanın ifasında yaxın günlərdə nümayiş olunacaq.

Anım mərasiminin sonunda polkovnik Xətai Baxışovun analara hədiyyə etdiyi bayraqlarla xatirə şəkli çəkildi.


İGİD KƏŞFİYYATÇILARIMIZ ANILDI
İGİD KƏŞFİYYATÇILARIMIZ ANILDI
İGİD KƏŞFİYYATÇILARIMIZ ANILDI

XƏBƏR LENTİ