“Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir

665 17-04-2021, 12:39 cemiyyet

“Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidirUcar şəhəri H.Əliyev prospekti bina 138 mənzil 1 ünvanında qeydiyyatda olan 1-ci qrup Qarabağ müharibəsi əlili Babayev Famil Cümşüd oğlu Yevlax Rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Süleymanov Elşən Fikrət oğlundan şikayətçidir.

Ölkə başçısına, Daxili İşlər nazirinə və Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə ünvanladığı şikayət məktubunun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən F.Babayev yazır ki, E.Süleymanov rəis təyin olunandan sonra texniki baxışa görə rəsmi dövlət rüsumunu bir neçə dəfə üstələyən qeyri-qanuni ödəniş tələb edir: “Yevlax Rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki Baxış Şöbəinin rəisi polis kapitanı Elşən Süleymanov Texniki Baxış Şöbəsinə rəis təyin edilib. Daha doğrusu, dövlət idarəsində özü üçün biznes qurub. Elşən Süleymanov bu vəzifəyə təyin ediləndən sonra avtomobillərin texniki baxışına görə ödənişi rəsmi dövlət rüsumundan 5 dəfə artıq qiymətə qaldırılb.”
“Texniki baxış rüsumundan 5 dəfə artıq pul alınır...”- Qarabağ əlili Yevlaxın “texosmotr rəisi”ndən şikayətçidir
Şikayətçi iddia edir ki, avtomobilləri texniki baxışdan keçirmədən belə, keçirildiyi barədə sənəd almaq mümkündür: “Hətta avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçirmədən texini baxış sənədi almaq olur. Bunu orada olan videomüşahidə kameralarına baxmaqla sübut etmək çox asandır. Oraya gələn avtomobillərə heç bir baxış keçirilmədən texniki baxış sənədi təqdim edilir.”

Daha sonra şikayətçi 2019-cu ildə Elşən Süleymanovun içkili vəziyyətdə ağır yol qəzası törətdiyini, lakin buna görə məsuliyyəti başqa bir şəxsin öz üzərinə götürdüyünü iddia edir: “Qeyd edim ki, polis kapitanı Elşən Süleymanov sərxoş vəziyyətdə 11 may 2019-cu il tarixdə Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi törədib. Həmin vaxt “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakini Qurbanov Vusal Fərman oğlu ölmüş,

Göyçay şəhər sakinləri Kərimli Məmməd Əlimövsüm oğlu, Azadov Pərviz Yelmar oğlu, Rüstəmov Nofəl Oqtay oğlu və Kərimli Simran Akif oğlu ağır xəsarət almışdılar. Həmin vaxtı Elşənin atasının pulları onu məsuliyyətdən kənarda saxlaya bilmişdi. O vaxt Elşən Süleymanov tərəfindən törədilmiş cinayətin məsuliyyətini başqa bir şəxs öz üzərinə götürmüşdü. Ancaq qəza törədən avtombilin həmin vaxt hərəkətdə olduğu yoldakı müşahidə kameralarında aydın görünüb ki, sükan arxasında Elşən Süleymanovun özü olub.”

Şikayətçi bildirir ki, belə bir şəxsin məsul vəzifədə olması doğru deyil. Sonda Qarabağ əlili məktubda qeyd etdiyi məsələlərin müvafiq orqanlar tərəfindən araşdırılmasını və bununla bağlı qanuna uyğun formada ölçü götürülməsini xahiş edir.

“Azpolitika.info” yazıda adı keçən E.Süleymanovun da mövqeyini dərc etməyə hazırdır./“AzPolitika.info”

XƏBƏR LENTİ