Sələmə pul verən şəxs qətlə yetirildi

624 22-04-2021, 10:52 hadise / kriminal

Sələmə pul verən şəxs qətlə yetirildiCəlilabad rayon sakini qətlə yetirilib.

"Report" xəbər verir ki, qətlə yetirilən Əflatun adlı şəxsin avtomobili Salyan rayonu ərazisində, meyiti isə Sabirabad rayonundakı kanalda aşkar edilib.

Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.

O, aprelin 18-də itkin düşüb, həmin gündən də axtarılırmış.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ