Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən bildirilib:

“Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq. Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz”.

Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

  • 27-04-2021, 09:50
  • 296


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI