Bakıda 22 yaşlı gənci avtomobil vurdu

793 28-04-2021, 04:00 hadise

Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Məhərrəmli Ramos Elşad oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub

XƏBƏR LENTİ