Pənahlar kəndinin sakini İlham Əliyevə müraciət etdi- "İcra başçısı məni boğaza yığıb"

Pənahlar kəndinin sakini İlham Əliyevə müraciət etdi- "İcra başçısı məni boğaza yığıb"

Göygöl rayonunun Pənahlar kəndinin sakini Həsənov Eldar İbrahim oğlu ölkə başçısı Prezident İlham Əliyevə müraciət edib.

"Cənab Prezident, mən Həsənov Eldar İbrahim oğlu 20 ilə yaxındır ki, Goranboy rayonu ərazisində heyvandarlıqla məşğul oluram. Təsərrüfatımdan hər ay 15 ailə evinin maddi qazancını əldə edir. Sizin də dəfələrlə vurğuladığınız kənd təsərrüfatının inkişafına əlimdən gələni etməyə çalışıram. Bu müddət ərzində heç kim deyə bilməz ki, hansısa qanunları pozmuşam. Ölkəmizin, dövlətimizin bütün qanunlarına vaxtı-vaxtında riayət etmişəm.
Hər il ölkə bazarlarına yüzlərlə mal-qaranı satışa çıxarıram. Təsərrüfatımda 1 kiloqram da olsun geni dəyişdirilmiş yemdən istifadə etmirəm. Eyni zamanda, saxladığımız heyvanlar bütün dövlət qurumlarının reydlərindən uğurla keçir.

Cənab Prezident, bu gün təsərrüfatımda 1216 baş xırdabuynuzlu qoyun və keçi var. Bu rəqəmi Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Pənahlılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi 26 aprel 2021-ci ildə, Göygöl Rayon Baytarlıq İdarəsi 27 aprel 2021-ci ildə, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi 28 aprel 2021-ci ildə rəsmi sənədlə təsdiqləyib. Sözügedən qurumlarlar əraziyə baxış keçirmiş, yoxlamalar apararaq bütün rəsmi prosedurları şəffaflıqla həyata keçiribdir.

Cənab Prezident, lakin Goranboy Rayon İcra Hakimyyətinin Başçısı Məhərrəm Quliyev məni boğaza yığıb. O, iddia edir ki, sözügedən təsərrüfat mənim deyil, mən "makler"liklə məşğul oluram. Yuxarıda adıçəkilən qurumlar bu təsərrüfatın mənə məxsus olduğunu desə də, Məhərrəm Quliyev "Nuh deyir, peyğəmbər demir". O, bununla da mənim icarə müqaviləmi yerinə yetirmir. 9 məhkəmə prosesini də iş üzrə qazanmışam. İndi isə nə Məhərrəm Quliyevin qəbuluna düşə bilirəm, nə də məhkəməm qərarlarını icra etdirə bilirəm. Dəfələrlə mənə onun işçiləri hədə-qorxu gəlir, təsərrüfat sahəmdə tabeliyimdə olan mülkləri sökdürməyə cəhd edirlər.
Cənab Prezident, dəfələrlə Sizə poçt və kütləvi informasiya vasitələri ilə müraciət etmişəm. Növbəti müraciətimi də ümidlə edirəm, inanıram ki, mənə köməklik göstərəcəksiniz. Məhərrəm Quliyev əmin olun ki, Sizin etimadınızı yerinə yetirmir, Gpranboy rayonu problemlər içində boğulur. Adamın övladları isə bahalı həyat tərzi keçirir. Sizdən xahiş edirəm ki, məni 10 dəqiqəlik qəbul edin. O zaman görəcəksiniz ki, Məhərrəm Quliyev vətəndaşlara necə "soyqırım" edir. O dəmir yumruğunuz mütləq ki, Məhərrəm Quliyevə də dəyməlidir."

Hörmətlə, Göygöl rayon Pənahlılar kənd sakini Həsənov Eldar İbrahim oğlu.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Pənahlar kəndinin sakini İlham Əliyevə müraciət etdi- "İcra başçısı məni boğaza yığıb"

  • 2-05-2021, 18:38
  • 257


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI