Qəbələdə yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb

Qəbələdə yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıbQəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. "VAZ-2017"də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.

Qəbələdə yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb

  • 6-05-2021, 10:10
  • 600


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Nazir müavini vəzifəsindən azad edildi
  3. AZƏRBAYCAN və TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA - CANLI YAYIM (Yenilənir)
  4. "Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq" - Kreml
  5. Neftçalada bələdiyyə sədri şəhid ailəsinin torpağını əlindən alır
  6. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
  7. Hərbi əməkdaşlığımız təhlükəsizliyimizə təminatdir
  8. Təhsil Tələbə Krediti Fondu yaradılır - FƏRMAN
  9. Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi
  10. Azərbaycan və Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI