Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıb

Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıbMoskvanın və Ankaranın fikirləri bəzi məsələlərdə üst-üstə düşməyə bilər, buna baxmayaraq Türkiyə bölgənin ən əhəmiyyətli oyunçularından biri olan Rusiya ilə dialoqu açıq saxlamalı və qarşılıqlı münasibətlərə davam etdirilməlidir.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Biz Rusiya ilə işgüzar münasibətlər qurmağa çalışırıq. Bəzi regional məsələlərdə Rusiya əsas oyunçudur. Eyni zamanda müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu o demək deyil ki, bütün mövzularda eyni fikirdəyik. Ancaq açıq danışmaq iqtidarındayıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir”, - deyə qurum rəhbəri bildirib.

“Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda sarsılmaz qalırıq”, - deyə nazir vurğulayıb.

O, Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verməli olduğunu qeyd edib.

“Suriya buna bir nümunədir. Aydındır ki, fikirlərimiz bir-birindən fərqlənir, buna baxmayaraq birlikdə işləmə yollarını tapdıq. Nəticələrdən biri isə - Konstitusiya komitəsi - BMT-nin 2254 saylı qətnaməsinin yeganə işləmə mexanizmidir”, - deyə o, əlavə edib.

Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərindən danışıb

  • 6-05-2021, 14:48
  • 529


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI