“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”

“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”Elxan Şükürlü: “Rusiyanın ətraf ölkələrin müstəqil siyasətlərinə təsiri minimuma endirilməlidir”

“ABŞ-ın yeni administrasiyasının - Bayden komandasının dünya dövlətləri, o cümlədən Cənubi Qafqaz regionu ilə münasibətlərini necə quracağını bilmək üçün məşhur alim, analitik Zbiqnev Bjezinskinin 2012-ci ildə yazdığı ”Strateji baxış: Amerika və qlobal böhran" kitabını mütləq oxumaq gərəkdir".

Bu fikirləri politoloq, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü “Yeni Müsavat”a açıqlamasında söylədi. Siyasi təhlilçinin sözlərinə görə, Bayden komandasının ilk günlərdən verdiyi açıqlamalardan, atdığı addımlardan görünür ki, demokratlar məhz Bjezinskinin həmin kitabında göstərdiyi istiqamətlər üzrə hərəkət edir: “Bu da ondan ibarətdir ki, keçmiş sovetlər məkanında zorakı davranışları Amerikanın qlobal liderliyinə qarşı əngəllər yaradan Rusiya neytrallaşdırılmalı, öz sərhədləri çərçivəsinə sıxışdırılmalı və ətraf ölkələrin müstəqil siyasətlərinə təsiri minimuma endirilməlidir. Bzejinski xüsusi vurğulayırdı ki, ABŞ Rusiyanın işğalçı təsirindən qurtulmağa çalışan Ukrayna, Gürcüstan, Azərbaycan, Belarus və Qırğızıstan kimi strateji əhəmiyyətli respublikalara aşkar dəstək verməzsə, onları özünün qoruyucu çətiri altına almazsa, Kreml yenidən onları çox asanlıqla Qərbə qarşı çevirəcək”.
“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”
Elxan Şükürlü

E.Şükürlünün sözlərinə görə, diqqət yetirsək, görərik ki, Bayden administrasiyası fəaliyyətə başlayan kimi, xarici siyasətində ən çox diqqət ayırmağa başladığı elə sözügedən respublikalardır: “Bu baxımdan, mən gözləyirəm ki, ABŞ-ın Cənubi Qafqaz respublikları ilə münasibətlərində də çeviklik müşahidə edəcəyik və ABŞ bu bölgəni Rusiyaya yedirtməyəcək. Baxın, hazırda ABŞ Gürcüstanda istədiyinə nail olub - idarəedici siyasi elita qərbpərəstlərdən təşkil olunub, Gürcüstan ərazisində hərbi bazalarını gücləndirir, rəsmi Tiflis addım-addım NATO-ya doğru irəliləyir”. Politoloq qeyd etdi ki, 2018-ci ildən - Paşinyan hakimiyyətə gətirildikdən sonra Ermənistan da Rusiyadan uzaqlaşmaq kursu seçmişdi: “102-ci bazanın ölkədə çıxarılması tələb edilir, Ermənistanın KTMT-dən ayrılmasına və Avropa Birliyinə inteqrasiyasına çalışılırdı. Ancaq Rusiya Azərbaycanın Qarabağdakı 44 günlük hərbi əməliyyatlarına göz yummaqla, Paşinyanı çox sərt şəkildə cəzalandırmağa və həm Ermənistan, həm də Azərbaycanın Rusiya hərbçilərinin sülhməramlı adıyla bölgəyə təkbaşına yerləşməsinə razılıq vermələrinə nail oldu, nəticədə Ermənistanı tam şəkildə özündən asılı duruma saldı”.

Siyasi təhlilçi ABŞ-Azərbaycan əlaqələrinin qarşıdakı dövrdə daha da intensivləşdiriləcəyini gözləyir: “Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan ABŞ üçün daha mühüm ölkədir və onun yenidən Rusiyanın çətiri altındakı hərbi-siyasi-iqtisadi ittifaqlara qoşulmasını qətiyyən istəmir. ABŞ rəsmi Bakının NATO üzvü olan Türkiyə ilə birgə hərəkətindən məmnundur. Rəsmi Vaşinqton yaxşı başa düşür ki, strateji baxımdan Türkiyə-Azərbaycan ittifaqı gələcəkdə Rusiyanın Cənubi Qafqaz-Mərkəzi Asiya oxu üzrə təsirinin azaldılmasında Qərb üçün daha əhəmiyyətli rol oynayacaq. Odur ki, mən Türkiyə hakimiyyətinin ABŞ-Azərbaycan əlaqələrindən hər hansı narahatlıq keçirdiyini düşünmürəm. Əksinə, hesab edirəm ki, Prezident Əliyevlə Prezident Ərdoğan bütün bu məsələlərdə birgə məsləhətləşmələrlə addım atırlar və elə Rusiyanı daha çox narahat edən həm də bu səmimi münasibətlərdir”.

“ABŞ Bakının Türkiyə ilə birgə hərəkətindən məmnundur”

  • 7-05-2021, 13:15
  • 612


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI