Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR

2 068 11-05-2021, 15:06 bolge

Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR



Azərbaycanlı iş adamı Fərhad Əhmədov işçilərin maaşını verməkdən boyun qaçırır. Bu barədə Xeberdar.net-ə işçilər məlumat veriblər.

"Biz, 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi rusiyalı iş adamı, “AZNAR” QSC-nin sahibi Fərhad Əhmədova məxsus, İsmayıllı rayon Kürdmaşı kəndində Yekəxana gölü ətrafında yerləşən malikanədə və Göyçay rayon Potu kəndində yerləşən rezidensiyada təmir-tikinti işlərinə cəlb olunaraq, işləmişik. İlk gündən son günə kimi işimizə məsuliyyətlə yanaşmış, Fərhad Əhmədovun istək və arzularına uyğun layihələr həyata keçirmiş və işi vaxtından əvvəl təhvil vermişik. Sifarişçi Fərhad Əhmədovu mətbuatdan və onun ətrafındakı şəxslərdən dürüst, xeyirxah və vətənpərvər insan kimi tanımışdıq. Lakin iş prosesi boyunca Fərhad Əhmədovun haqqında yaradılmış müsbət fikrin bir mif olduğunun şahidi olduq." -Şikayətçi deyib.
Şikayətçi əlavə olaraq bildirib ki, görülmüş işlərin ödənişlərinin gecikdirilməsi, məbləğlərin kəsilməsi, etik olmayan davranışların sərgilənməsi, hər bir edilən “xeyirxah” əməlin ardında mənafe güdülməsi və s. kimi məqamların şahidi olduqdan sonra Fərhad Əhmədov tərəfindən tapşırılmış və tərəfimizdən öhdəlik götürülmüş icrası davam edən layihələrdən əlavə layihə götürməməyi qərarlaşdırıblar və yeni layihələrdən imtina etdiblər. Layihələrdən imtina etdiyiklərini görən Fərhad Əhmədov onlara olan borcunu ödəməmək məqsədilə görülən işlərdə qüsurlar axtarmağa başlayıb. Bu məqsədlə müxtəlif vaxtlarda 3 dəfə qeyri-rəsmi şəkildə yerli, 1 dəfə rəsmi şəkildə yerli və 1 dəfə isə rəsmi qaydada xarici audit yoxlaması dəvət edərək onların tərəfindən görülən işləri yoxlatdırıb. Aparılmış yoxlamalar işlərin normal və düzgün yerinə yetirildiyini və Fərhad Əhmədovun işçilərə borclu olduğunu təsdiqləyib.
“Dəyərli soydaşlarımız, yuxarıda qeyd olunanların fövqündə 8 dəfə Fərhad Əhmədova və onun köməkçilərinə müraciət etməyimizə baxmayaraq Fərhad Əhmədov “burda mənəm Bağdadda kor xəlifə” deyiminə uyğun olaraq ifrat dərəcədə özbaşınalıq edir. Nəinki, işçilərin zəhmət haqqını, təmir-tikinti işlərinə sərf edilmiş tikinti materiallarının da pulunu ödəməkdən imtina edir.”- deyə şikayətçi bildirib.
Əlavə olaraq bildirilib ki, edilən müraciətlər və görülən işlər barədə sənədlər işçilərdə də vardır. Sənədlərdən də aydın görünür ki, İş adamı işçilərə borcludur və verməkdən imtina edir.
Qeyd edək ki, həmin sənədlər artıq redaksiyaya da təqdim edilib. Zərurət olduğu halda dərc ediləcək.

Xeberdar.net olaraq qarşı tərəfi dinləməyə və ə mövqeyini dərc etməyə hazırıq.





Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR
Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR
Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR
Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR
Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR
Fərhad Əhmədov işçilərin pulunu vermir - FOTOLAR

Mirzə li

XƏBƏRDAR.NET

XƏBƏR LENTİ