Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinə cinayət işi açıldı

Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinə cinayət işi açıldıAzərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla 25.05.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə (rüşvət alma külli miqdarda törədildikdə) cinayət işi açılıb.

Aparılan ilkin istintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri İsmayılov Xanlar Xeyrulla oğlunun 2012-ci ildən işlədiyi müddət ərzində ünvanlı sosial yardım almaları üçün qanunvericiliklə müəyyən edilən tələbin - rəsmi iş yerinin olmasının təmin edilməsi ilə əlaqədar ona müraciət edən müxtəlif şəxslərin adlarını işçi kimi rəsmiləşdirmək müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, həmin əmək haqqı kartlarına daxil olan vəsaiti hər ay nağdlaşdıraraq, külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət törədən şəxslərin dairəsinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinə cinayət işi açıldı

  • 26-05-2021, 12:59
  • 840


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI