"Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər qəbul olunub

"Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər qəbul olunubDənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

"Report"un xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

"Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər qəbul olunub

  • 27-05-2021, 17:03
  • 503


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI