Türkiyə şirkətləri Azərbaycanın üç filiz yatağını istismar edəcək - SƏRƏNCAM

833 29-05-2021, 16:18 cemiyyet

Türkiyə şirkətləri Azərbaycanın üç filiz yatağını istismar edəcək - SƏRƏNCAMPrezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Xeberdar.net məlumat verir ki, sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycanın normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə müqavilə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraq “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalamaları təmin edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ