18 yaşlı əsgərimiz keşikçi qülləsində ÖZÜNÜ ÖLDÜRDÜ

18 yaşlı əsgərimiz keşikçi qülləsində ÖZÜNÜ ÖLDÜRDÜƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

18 yaşlı əsgərimiz keşikçi qülləsində ÖZÜNÜ ÖLDÜRDÜ

  • 31-05-2021, 12:38
  • 500


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI